12 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “INTERNATIONAL” ASC-nin ümumi dəyəri 3,000,000 (üç milyon) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

Yerləşdirmə  forması

Anderrayter

AZ1001021026

Adi adlı  sənədsiz  səhm

3000

(ədəd)

1,000

manat

Abunə yazılışı

“AzFinance İnvestisiya Şirkəti” QSC