20 iyun 2024-cü il tarixində Listinq Komitəsi tərəfindən BOKT "İnternational" ASC-nin (AZ2020021021 ISIN kodlu) qiymətli kağızının delistinqi barədə qərar verilmişdir.

BOKT "İnternational" ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ2020021021 ISIN kodlu qiymətli kağızının ticarətə buraxılması baş tutmadığından delistinq edilməsi qərarı alınmışdır.

Bakı Fond Birjasının listinq qaydalarının 14.13. bəndinə əsasən birjada qiymətli kağızların ticarətə buraxılması Listinq Komitəsi tərəfindən qərarın qəbul edildiyi tarixdən ən geci 60 (altmış) gün ərzində həyata keçirilməlidir.