BOKT "Effektinvest" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Effektinvest" MMC-nin AZ2001025785, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 500,000 (beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 5 il , nominal dəyəri 1,000 manat olan, birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü isə ildə günlərin sayı 360 (üç yüz altmış) gün olaraq götürülməklə hər ay nağdsız qaydada təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 15 may 2029-cu ildir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.