Bakı Fond Birjası 8 sentyabr 2021-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs qrupunun təşkil etdiyi “Net Zero transition” onlayn vebinarında iştirak etmişdir.

Vebinarda ətraf mühitin qorunması, tullantıların azalması, təbiətin çirklənməsi problemini qarşılamaq üçün SSE üzvlərinin təşəbbüsləri, hazırki  status və hazırlıq prosesi geniş müzakirə olunmuşdur.

Qeyd edək ki, Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs (red. – ingiliscə “The UN Sustainable Stock Exchange Initiative”, abbrevatura – “UNSSE”) qrupuna üzv olaraq qəbul olunmuşdur. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.