Yelo Bank əmanət məhsullarının faiz dərəcəsini 1% artırdıb.

Bankdan Marja-ya daxil olmuş məlumata görə, artırım Novruz Bayramına özəl olaraq elan edilən bu xüsusi kampaniya çərçivəsində yalnız 19 mart tarixlərinədək aktiv olacaq.

Kampaniyadan yararlanmaq üçün istənilən Yelo Əmanət hesabı açmaq kifayətdir.

Minimal depozit məbləği cəmi 100 AZN-dir.

Yelo Sabit əmanət məhsulunda illik 10.5% gəlir əldə etmək mümkündür. Əgər istədiyiniz vaxt əmanət hesabınıza vəsait əlavə etmək istəsəniz, Yelo Yığım məhsulumuzu seçərək illik 8.5% gəlir qazana bilərsiniz.