Bank BTB-nin birinci rüb üzrə faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri isə 4 milyon 006 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 1 milyon 56 min manat təşkil etmişdir.

Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində Bank BTB-nin aktivlərinin həcmində 6% artım qeydə alınıb, beləliklə bankın cəmi aktivləri 356 milyon 788 min manat təşkil etmişdir. Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 261 milyon 411 min manat təşkil etmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 18% artım deməkdir. Sözügedən dövrdə bankın fiziki şəxslərin müddətli depozit portfelinin həcmi 26% artaraq 130  milyon  507 min manat təşkil etmişdir.