22 may 2023-cü il tarixində Bakı Fond Birjasının təşəbbüsü və təşkilatçılığı əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri tərəfindən (Mr.Mikhail Grechikho, Mr.Razvan Dumitrescu) Azərbaycan Kapital Bazarı iştirakçılarına “Yaşıl İstiqraz” mövzusunda onlayn təlim keçirilmişdir.

Bildyiniz kimi Bakı Fond Birjası beynəlxalq maliyyə institutları ilə müntəzəm şəkildə əməkdaşlıq etməkdədir. Bakı Fond Birjasının 2023-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən Kapital Bazarı barəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə müntəzəm əməkdaşlıqlar aparılması prioritet məsələlər arasında yer almaqdadır.