“Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədi ilə səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarı əsasında BFB-nin səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılmışdır.

Səhmlərin nominal dəyərinin artması nəticəsində, BFB-nin nizamnamə kapitalının dəyəri 1,260,000 manatdan 5,040,000 manata yüksəlmişdir. Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.