8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 6,800,000 (altı milyon səkkiz yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

29-30 dekabr 2022-ci il tarixlərində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Ticarət  forması

Q/k-ın Ticarətə buraxılma və bitmə tarixi

 

 

Anderrayter

 

AZ1003002024

Adi adlı  sənədsiz  səhm

2,500,000

(ədəd)

2.72

manat

Abunə yazılışı

29.12.2022-30.12.2022

“Unicapital İnvestisiya Şirkəti” ASC