1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Abunə yazılışı zamanı 754 investor tərəfindən 761 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 4.5%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 380,614,000.00 USD təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000,000.00 USD təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.