1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100,000,000 (yüz milyon) ABŞ dolları olan istiqrazları yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə əsas anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bakı Fond Birjasının üzvü olan bütün investisiya şirkətləri abunə yazılışında iştirak edəcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi


Hərrac tarixi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2002019894

Faizli, təmin edilməmiş, sənədsiz adlı

100,000

(ədəd)

1,000

USD

4.5 %


01.11.2021

5 il

Hər 3 (üç) aydan bir







Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.