“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının qərarı və maliyyə bazalarına nəzarət edici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət rəyi əsasında yenilənmiş “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili”

qaydaları təsdiq olunmuşdur.

Yenilənmiş qaydalara əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılmışdır.

Yerli hüquqi şəxsin mülkiyyətində olan xarici qiymətli kağızların Birjada ticarətə buraxılması yenilənmiş listinq qaydalarında öz əksini tapmışdır.

Son olaraq, yenilənmiş qaydalarda əsas bazar seqmentinin adında dəyişiklik edilmiş “əsas” sözü “premium” sözü ilə əvəz olunmuşdur.