Bakı Fond Birjası 6-8 oktyabr 2021-ci il tarixlərində Beynəlxalq İnvestor həftəsində iştirak edir. Hər il Dünya Birjalar Federasiyası üzvləri İnvestorlara dəstək göstərilməsi və maliyyə imkanlarının artırılması məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirdir.

Nəzərinizə çatdırmaq istədik ki, ilk dəfə olaraq bu il 7 oktyabr tarixində Zoom platforması üzərindən onlayn formatda Bakı Fond Birjası Maliyyə Savadlılığına  həsr edilmiş  açılış zəngi - “Ring the Bell for for Financial Literacy” tədbirinə qoşulmuşdur.

Qeyd edək ki, bu il 78 fond birjası tərəfindən “Ring the Bell for Financial Literacy” tədbirinin həyata keçirilməsi planlaşdırılır.

Bildirmək istərdik ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.