22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan “Kapital Bank” ASC-nin nominal dəyəri 12.39 manat olan AZ1003005159 dövlət qeydiyyat nömrəli, 19,999,999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 19,999,999.95 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 19,999,999.95 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.