20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC ümumi dəyəri 19,999,999.95 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

22 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Ticarət  forması

Q/k-ın Ticarətə buraxılma və bitmə tarixi

 

 

Anderrayter

 

AZ1003005159

Adi adlı  sənədsiz  səhm

1 614 205

(ədəd)

12.39

manat

Abunə yazılışı

22.12.2022-26.12.2022

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC









Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.