11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Emitent Günü” tədbiri baş tutmuşdur.

“Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “ABB-İnvest İnvestisiya şirkəti” QSC iştirak edəcəyi görüşdə emitent olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış etmişdir. 

Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan Azərbaycan Beynəlxalq Bankı bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşmüşdür. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandırmışdır.

Tədbirin əsas məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak etmişdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilmişdir.