29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2003019208 dövlət qeydiyyat nömrəli, 3,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

 Hərrac qiyməti 1,000.00 AZN, sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18 mart 2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.