27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2002019209 dövlət qeydiyyat nömrəli, 3,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Hərrac qiyməti 1,000.00 , sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17 dekabr 2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.