9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 11 iyul 2024-cü il tarixində yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“FINCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2006019205

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Rəqabətli

İstiqrazın sayı

2,500 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Buraxılış həcmi

2,500,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Reallaşdırılmış həcm

2,500,000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

2,500,000 ABŞ dolları

İnvestor sayı

17

Sifariş sayı

17

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30 (otuz) götürülməklə ödəniləcəkdir

Tədavül müddəti

18 ay

İstiqrazların ödəmə tarixi

11.01.2026

Anderrayter

“Unicapital İ.Ş” ASC