22 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2002023607 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 20 dekabr 2023-cü il.

Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.