9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin buraxılış həcmi 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "Viator Mikrokredit Azərbaycan" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2007021531

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Birqiymətli

İstiqrazın sayı

500 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

500,000 manat

İllik gəlirlilik faizi

14%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

540 gün

Ticarətə buraxılma tarixi

12.07.2024

Anderrayter

“CPM Invest Investisiya Şirkəti” ASC