6 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2009020804 dövlət qeydiyyat nömrəli, 1,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 06.09.2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.