14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2005021020 dövlət qeydiyyat nömrəli, 2,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən 100 manat (13%) qiymətindən 9 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 14.04.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.