7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2004021021 dövlət qeydiyyat nömrəli, 2,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 7 investor tərəfindən 100 AZN (13%) qiymətindən 7 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,000,000.00 AZN olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 07.12.2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.