14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2003021022 dövlət qeydiyyat nömrəli, 2,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 14 %, faiz ödənişləri isə ayda bir dəfə olmaqla investorlara ödənilir.

Hərrac qiyməti 1,000.00 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,000,000.00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 06.10.2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.