28 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2005002889 dövlət qeydiyyat nömrəli, 15,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 999.00  AZN (8.5554%) və 1002.00 AZN (8.3892%) manat olan 12 sifariş təqdim edilmişdir.

İstiqrazların kəsmə qiyməti 1000.00 AZN (8.5%) manat, orta ölçülmüş qiyməti 1000.0002 AZN (8.4999%) manat müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 8.5 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,002,000.00 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 28.04.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.