Bakı Fond Birjasında BANK “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

28 iyun-30 iyun 2022-ci il tarix aralıqlarında (emissiya prospektinə uyğun olaraq) Bakı Fond Birjasında BANK "BTB" ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2004009448 dövlət qeydiyyat nömrəli, 3,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. İstiqrazların hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 28.06.2028-ci ildir. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.