Bakı Fond Birjasında BANK “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

26 may - 6 iyun 2022-ci il tarix aralıqlarında (emissiya prospektinə uyğun olaraq) Bakı Fond Birjasında BANK "BTB" ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2003009449 dövlət qeydiyyat nömrəli, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2,000,000.00 AZN təşkil etmişdir.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.

İstiqrazların hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 30 təqvim günündən bir olmaqla investorlara ödənilir.

İstiqrazların ödəmə tarixi 26.05.2028-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.