23 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazlarının ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilmişdir.

30 noyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının ikinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Eyni zamanda investorların nəzərinə çatdırmaq istərdik ki, ikinci tranşın yerləşdirilməsi üzrə investorlardan tutulan komissiya haqqını (0.02%) “AzerGold” QSC öz üzərinə götürəcəkdir.

İstiqrazların baza emissiya prospekti və ikinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2002019878

Faizli; təmin edilməmiş; sənədsiz;adlı

100 000

(ədəd)

100 ABŞ dolları

4%

3 il

90 təqvim günündən bir

  

            





Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.