Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2001019341 dövlət qeydiyyat nömrəli, 100,000,000 (bir yüz milyon) ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatmışdır

Yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 113,997,000 ABŞ dolları təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000,000 ABŞ dolları təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.