15-18 noyabr 2022-ci il tarixlərində Bakı Fond Birjası və Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin nümayəndə heyətləri Qazaxıstan Fond Birjasında (KASE) "ESG-maliyyə bazarının inkişafı üçün yeni paradiqma" beynəlxalq maliyyə konfransı çərçivəsində səfərdə olublar.

Səfərin məqsədi KASE ilə əməkdaşlıq istiqamətlərini müzakirə etmək və maliyyə bazarlarının inkişafı yönündə bilik mübadiləsi olmuşdur.

Səfər zamanı Azərbaycan Kapital Bazarının iştirakçıları KASE Global layihəsinin həyata keçirilməsi və inkişafı ilə bağlı məlumatlar ilə tanış olublar. Bununla yanaşı, KASE nümayəndələrinin klirinq xidmətləri, hesablamalar, KASE üzvlük və məlumatların açıqlanması məsələlərini əyani şəkildə göstərən bir sıra görüşlər də təşkil olunub.