Bakı Fond Birjası tərəfindən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” qəbul olunmuşdur.

Bakı Fond Birjası tərəfindən repo predmeti hesab edilən korporativ qiymətli kağızlar üçün repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılması məqsədilə təminat əmsalının hesablanması, müəyyən olunması və açıqlanmasını tənzimləyən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” hazırlanmışdır və 18 oktyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.

Qaydalarla və repo predmetləri üzrə hesablanmış təminat əmsalı ilə aşağıdakı linkələrə daxil olaraq tanış ola bilərsiniz:

https://www.bfb.az/az/view-file/repo-predmetinin-mueyyen-olunmasi-ve-repo-emeliyyatla.pdf

https://www.bfb.az/az/view-file/repo-predmetleri-uzre-hesablanmis-teminat-emsallari.pdf