Bakı Fond Birjası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlanmışdır və 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.

Qaydalara əsasən birja tərəfindən gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indekslərin hesablanması və Bakı Fond Birjasının internet səhifəsində açıqlanması nəzərdə tutulur.

Qayadalarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf