Bakı Fond Birjasının idarə heyətinin rəhbəri Eldar Abdullayev 17-19 may 2022-ci il tarixlərində Belarusiyanın Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasına üzv olan dövlət birjalarının iştirakı ilə illik iclasında iştirak etmişdir.

Tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasına üzv olan birjaların gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yerli maliyyə bazarlarının cari vəziyyəti və inkişaf perspektivləri haqqında qısa icmallar geniş müzakirə olunmuşdur.

Qeyd edək ki, Bakı Fond Birjası 2019-cu il tarixindən Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasının üzvüdür.