Nəzərinizə çatdırmaq istərdik ki, 18 aprel 2022-ci il tarixindən etibarən ADA Universitetində Karyera Hazırlığı Həftəsi fəaliyyətə başlayıb.

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

6 may 2022-ci il tarixində Bakı Fond Birjası ADA universitetində təşkil olunmuş karyera sərgisində iştirak edərək BFB-də karyera imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat vermişdir.

Qeyd edək ki, Bakı Fond Birjası hər il bu kimi tədbirlərdə iştirak edir.