26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

15.11.2021-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının BFB-nın ticarət  platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

16.11.2021-ci il tarixindən, “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının baş anderrayteri olmuş “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən təmin olunacaqdır.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə 19.11.2021-ci il tarixindən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.