16 Noyabr 2022-ci il tarixində Dünya Bankının missiyası çərçivəsində Bakı Fond Birjasının inzibati binasında görüş keçirilmişdir.

Görüş zamanı kapital bazarlarının infrastrukturu, dövlət qiymətli kağızları ilə ilkin və təkrar bazarlar üzrə ticarətin təşkili, missiyanın tələblərinə uyğun olaraq görülmüş və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.