15 Mart 2022-ci il tarixində Bakı Fond Birjası Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində görüş keçirmişdir.

Dünya Bankının bu proqramda əsas məqsədi Azərbaycan üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı İnkişaf modulu yaratmaqdır. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, inkişaf perspektivləri müzakirə edilmişdir.

Bu proqram çərçivəsində Dünya Bankı 7-17 mart tarixində virtual, 12-28 aprel tarixlərində isə fiziki olaraq Bakıda görüşlər keçirməyi planlaşdırır.