Bakı Fond Birjası Dünya Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iştirak etmişdir.

17-18 noyabr 2022-ci il tarixlərində Bakı Fond Birjası Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iştirak etmişdir. 

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.