22 fevral 2023-cü il tarixində Bakı Fond Birjası Bloomberg-in banklararası ticarət həlləri ilə bağlı tədbirində iştirak etmişdir.

Tədbirdə Bloomberg-in banklararası elektron ticarət həlləri və onun Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı haqqında ümumi məlumat, həmçinin makroiqtisadi və valyuta təhlili üçün terminaldan istifadə qaydaları nümayiş olunmuşdur.