12 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjası, Asiya İnkişaf Bankı və PwC Azərbaycan arasında görüş keçirilmişdir.

Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.