8 iyul 2024-cü il tarixində Bakı Fond Birjası və Çin Xalq Respublikasının Asiya-Avropa Birjasının rəhbərliyi ilə tanışlıq məqsədli görüş keçirilmişdir. Görüş zamanı tərəflər arasında regional əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov bu görüşün əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Bakı Fond Birjası ilə Asiya-Avropa Birjası arasında tanışlıq əlaqələrinin qurulması uzunmüddətli perspektivdə Asiya birjaları ilə mümkün qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin davam etdirilməsi üçün faydalı olacaqdır.

Asiya-Avropa Birjasının nümayəndələri də, öz növbələrində, bu tərəfdaşlığın yarada biləcəyi imkanlara həvəslə yanaşdıqlarını bildirərək, artan bazar əlaqəsi və inteqrasiya potensialını qeyd etmişlər.