27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 540 gün olan AZ2003019711 dövlət qeydiyyat nömrəli 1,000,000.00 ABŞ dolları həcmində, diskountlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 ABŞ dolları təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 ABŞ dolları təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 21 iyul 2023-cü il.