21 dekabr, 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin AZ2002019712 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 manat həcmində, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən qiymət intervalı 782,9081 AZN (9,108%) olan 1 sifariş təqdim edilmişdir.

Yerləşdirilmiş sifariş üzrə istiqrazların kəsmə qiyməti 782,9081 AZN (9,108%), orta ölçülmüş qiyməti  782,9081 AZN (9,108%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 manat təşkil etmişdir.