2 iyul, 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance” İnvestisiya Şirkəti QSC-nin tədavül müddəti beş təqvim ili olan AZ2001019713 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 manat həcmində, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı  1 investor tərəfindən qiyməti 719,6939 manat olan 1 sifariş təqdim edilmişdir. Yerləşdirilmiş sifariş üzrə gəlirlilik 7.79% təşkil edir .

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 manat təşkil etmişdir.