6 mart 2023-cü il tarixində “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1.Şirkətin əlavə səhm buraxılışı ilə nizamnamə kapitalının artırılması.

2.İstiqraz buraxılışı.

3.Maliyyə hesabatlarının təsdiq edilməsi.

4.İdarə heyətinin üzvlərinin dəyişdirilməsi və yenidən seçilməsi.

5.Digər məsələlər.

“AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.