Azərbaycan Supermarket MMC Bakı Fond Birjasına (BFB) AZ2001023525 ISIN kodlu, faizli, təminatsız, sənədsiz adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün müraciət etmişdir.

Müraciət məktubuna cavab olaraq, Listinq Komitəsinin qərarı ilə Azərbaycan Supermarket MMC-nin istiqrazları qeyri-listinq siyahısına  salınmışdır.

Qeyd edək ki, 17 yanvar 2022-ci il tarixindən Azərbaycan Supermarket MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınaraq ticarət ediləcəkdir.