19 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2069024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9945.8504 (7%) manat və 9969.0627 (3.99%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,840,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9945.8504 (7%) manat, orta ölçülmüş qiyməti isə 9951.7096 (6.24%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 17.05.2023-cü ildir.