18 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2061024702 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9944.312 (7.2%) manat və 9951.239 (6.3%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,370,000 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9945.9274 (6.99%) manat, orta ölçülmüş qiyməti isə 9948.1765 (6.7%) manat olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.02.2023-cü ildir.