14 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2049024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 99.5788 (5.44%) manat və 99.7014 (3.85%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,514,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6168(4.95%) manat, orta ölçülmüş qiyməti isə 99.6802(4.12%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 11.01.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.